Haqqımızda

        Hələ 1998- ci ildə ilk döşəyimizi hazırlayanda təsəvvür belə etmirdik ki, nə vaxtsa Azərbaycanda lider olacağıq. Təbii ki, bunun üçün iddialı idik, çalışırdıq. Və bununla yanaşı, ilk gündən özümüzə dəyişilməz bir şüar da seçmişdik. “Sağlam döşək - sağlam insan” prinsipi...

İnsan həyatının üçdə bir hissəsinin yuxuda keçdiyini nəzərə alsaq, yuxunun sağlamlığımız üçün necə önəmli olduğunu dərk edərik. Ona görə də döşək dəbdəbə yox, rahatlıq üçün seçilməlidir.

İlk dəfə 3 nəfərlə fəaliyyətə başlayan fabrikimizdə bu gün onlarla insan eyni hədəfə üçün çalışır. Hər bir döşəyə xüsusi diqqət və qayğı ilə yanaşılır. Getdiyimiz hər bir evdə öz əl işimizi görməkdən xüsusi zövq alırıq. Çalışırıq ki, insanların bizə olan əminliyini və etibarını ənənəyə çevirək, çeşid bolluğu ilə insanların fərqli zövqünü oxşayaq, rahatlığını düşünərək komfortlu ortam yaradaq, təbii məhsullara üstünlük verək.

Məqsədimiz - hər bir azərbaycanlı ailəsinə ortopedik döşəklərimizi tanıtmaq və sağlamlıqlarına töhvə verməkdir.

Tərəfdaşlarımız -  “Riyad” Mebel Mərkəzində və Bakıda 50-yə yaxın, rayonlarda isə yüzlərlə mebel mağazası.

 

Royal keyfiyyəti

* Respublika  Ortopedik Mərkəzinin Baş Həkimi Xudaverdiyev Şəmsəddin Binyət oğlunun tövsiyyəsiylə istehsal etdiyimiz Ortopedik döşəklərin sizin sağlamlığınıza müsbət təsir edəcəyindən əminik.

* Tərkibindəki Poladın 75 % olması metal yayların möhkəmliyinə zəmanət verir. Türkiyənin seçilmiş firmalarından biri olan “BOYÇELİK”lə əməkdaşlığımız, uzun illərin dostluğu və təcrübə mübadiləsi bizə imkan verir ki, məhsullarımızın keyfiyyətinə ROYAL zəmanəti verək.

*Türkiyədə parça deyəndə ilk yada düşən “Boyteks” fabrikidir. Bunu nəzərə alıb ən yaxşısıyla işləməyi tərcih etdik. Öz üzərində çalışan komanda hər il yeni və fərqli parça istehsal edərək bizə yenilik etməyə stimul verir.

*BASF-Almaniya, Monmentive-ABŞ, Tekpol-Türkiyə, Areks-Türkiyə, Shell Chemical-Danimarka, Cosmonate-Yaponiya, Tosoh-Sinqapur və digər ölkə və markaların istehsal etdiyi xammallardan əldə etdiyimiz Süngərin hazırlanmasından kəsiminə kimi bütün incəlikləri zamanla təkmilləşdirərək sizə rahatlığı hiss etdirməyə çalışırıq.

* Türkiyənin seçkin şirkətlərindən daha biri – “Huzur Malzeme” ilə əməkdaşlığımız sayəsində seçdiyimiz ən doğru qramajda Elyaf və digər Ortopedik döşəklər üçün xammallar bizim məhsullarımızı daha fərqli və keyfiyyətli edir. 

 

Döşəklərin içi