Buta

İstehsalçı: Royal
Model: Buta
615.00M
Miqdarı: + -
 

Döşək iki hissəli blokdan ibarət olaraq 40 sm hündürlüyündədəir. Üst blok xüsusi kisələrdə olan yaylardan, alt blok isə süngərlə doldurulmuş polad yaylardan ibarətdir.

Orta sərt üzü yumşaq keçə ilə üzlənir və üzərinə orta sıxlıqda 60 mm hündürlüyündə süngər yapışdırılır.

Sərt üzü isə polad yayların araları sərt süngərlə doldurularaq sərt keçə ilə üzlənir və 60 mm hündürlüyündə süngər yapışdırılır.

100 % Ametist parça, modelə uyğun süngər, 60 mm antibakterial əlyaf və qoruyucu tüllə sırınaraq hər iki üzünə dizayn edilir.

Ametist parçanın tərkibi ametist daşının tozu qatılmış pambıq parça liflərindən ibarətdir. Ametistin insan orqanizminə faydaları çoxdur.

Beləliklə ametist parçasından hazırlanan buta döşəyi hər baxımdan yararlı, insan orqanizminə faydalı olan məhsuldur. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək daşınma qulpları ilə təchiz olunmu şdur. Məhsula 10 il zəmanət verilir.

Buta – Bir üzü sərt, o biri üzü müstəqil yaylı ortopedik döşəkdir.

Orta sərt üzü müstəqil yaylardan ibarətdir. Yayların hər birinin üzərinə düşən basqı ayrı-ayrılıqda öz funksiyasını yerinə yetirir və bədənin ortopedik şəklini mükəmməl bir şəkildə alır. Əzələlərimizin, sinirlərimizin və onurğamızın qayğısına qalır. Döşəyin bu üzü isə BioLux döşəyinin spesifikasiyasında yığılıb.

Sərt üzü isə, sağlamlığında problemi olan və ya olmayan bütün kilolarda  insanlar üçün əlverişlidir. Sağlamlığında problemi olmayanlarda, onurğa xəstəliyini önləmək üçün istifadə etsələr daha faydalıdır. Sərt üzündə bədənin döşəyə olan basqısı daha sərt önlənir, üst qatı isə bədənin şəklini qorumaqla ortopedikliyini saxlayır. Döşəyin bu üzü Deluxe modelinin texnologiyasında yığılıb.

 

Ölçü (sm)      Qiymət (AZN)
90x190 615
160x190 1002
180x200 1090

 

İstənilən ölçü : info@royal.com.az