Grand

İstehsalçı: Royal
Model: Grand
124.00M
Miqdarı: + -
 

Döşək orta sərtlikdə, yaylı blokdan ibarətdir. Bloku hər iki sıradan bir 16 sıxlıqda süngərlə doldurmaqla, döşəyin ortopedikliyi təmin edilir. Blokun möhkəmliyini və təhlükəsizliyini təmin etmək üçün, onun hər bir tərəfi dəmir möhkəmləndiricilər ilə bərkidilir. Döşəyi dörd bir yandan dəstəkləyən dəmir çərçivə və ziqzaqlar, çəkinin bərabər paylanmasında mühüm rol oynayır. Blokun hər iki üzünə sərt keçə və 10 mm hündürlüyündə 20 sıxlığında süngər yapışdırılır. Parça, modelə uyğun olaraq süngər və qoruyucu tüllə sırınaraq dizayn edilmişdir. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək, daşınma qulpu ilə təchiz olunmuşdur. Məhsula 24 ay zəmanət verilir.

 Grand – Super modelindən bir az yumşaq, ortopedik döşəkdir. Əsasən gənclər və sağlamlığında problemi olmayan azkilolu insanlar üçün nəzərdə tutulub. Döşəyin alt qismi və üst qatı yumşaq  olduğu üçün gənclərin bədən elastikliyini özündə saxlayır və  bədənin çəkisinə görə tənzimlənə bilir.