Lama

İstehsalçı: Royal
Model: Lama
316.00M
Miqdarı: + -
 

Bloku tam doldurmaqla döşəyin ortopedikliyi təmin edilir. Blokun möhkəmliyini və təhlükəsizliyini təmin etmək üçün onun hər bir tərəfi dəmir möhkəmləndiricilər ilə bərkidilir. Döşəyi dörd bir yandan dəstəkləyən dəmir çərçivə və ziqzaqlar çəkinin bərabər paylanmasında mühüm rol oynayır. Blokun hər iki üzünə sərt keçə və 30 mm hündürlüyündə 20 sıxlığında süngər yapışdırılır. Döşəyin yaylıq üzü, sərin saxlamaq üçün hörmə parça modelə uyğun olaraq antibakterial əlyaf, süngər və qoruyucu tüllə sırınaraq dizayn edilmişdir. Qışlıq üzü isə zərif yun liflərindən hazırlanmış xəz parça, modelə uyğun olaraq süngər və qoruyucu tüllə sırınaraq dizayn edilmişdir. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək daşınma qulpları ilə təchiz olunmuşdur. Məhsula 60 ay zəmanət verilir.

Lama – Fəsillərə görə istəklər bir arada. Nisbətən sərt ortopedik döşəkdir. Ağır və normal kilolu, sağlamlığında problemi olmayan insanlar üçün nəzərdə tutulub. Bədənin ortopedik şəklini qoruyur.

 

Ölçü (sm)      Qiymət (AZN)
90x190 316
160x200 525
180x200 582

 

İstənilən ölçü : info@royal.com.az