Buta

İstehsalçı: Royal
Model: Buta
591.00M
Miqdarı: + -
 

Döşək iki hissəli blokdan ibarət olaraq 40 sm hündürlüyündədəir. Üst blok xüsusi kisələrdə olan yaylardan, alt blok isə süngərlə doldurulmuş polad yaylardan ibarətdir.

Orta sərt üzü yumşaq keçə ilə üzlənir və üzərinə orta sıxlıqda 60 mm hündürlüyündə süngər yapışdırılır.

Sərt üzü isə polad yayların araları sərt süngərlə doldurularaq, sərt keçə ilə üzlənir və 60 mm hündürlüyündə süngər yapışdırılır.

100 % Ametist parça, modelə uyğun olaraq, süngər və 60 mm antibakterial əlyaf və qoruyucu tüllə sırınaraq hər iki üzünə dizayn edilir.

Ametist parçanın tərkibi, Ametist daşının tozu qatılmış pambıq parça liflərindən ibarətdir. Ametistin insan orqanizminə faydaları çoxdur.

(Ametist yunan mənşəli söz olub,mənası “ayıq olan”və ya “sərxoş olmayan” deməkdir. Öz müalicəvi əhəmiyyəti ilə sahibini spirtli içikilərə olan aludəlikdən qoruyur. Evdə Ametistin olması ilə ailə ailə üzvləri arasında sülhün və harmoniyanın olmasına kömək edir. Bu gün Ametistin köməkliyi ilə psixi gərginliyi, depressiyanı müalicə edirlər. Ametist mənəvi düşkünlüyün, qorxunun, özünəinamsızlığın dərmanıdır. Həmçinin radiasiyalı mühitdə, dalğaların maqnetik təsirinin qarşısını almaq funksiyasına malikdir. Bundan başqa Ametistin faydaları – immuniteti gücləndirir, bədənə enerji verir,qanı təmizləyərək zehni qüvvətləndirir, neqativ enerjini toplayır, yuxusuzluğu önləyir, insana sakitlik və xoşbəxtlik verir.)

Beləliklə Ametist parçasından hazırlanan BUTA döşəyi hər baxımdan yararlı, insan orqanizminə faydalı olan məhsuldur. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək daşınma qulpları ilə təchiz olunmu şdur. Məhsula 10 il zəmanət verilir.

Buta –Bir üzü sərt, o biri üzü müstəqil yaylı ortopedik döşəkdir.

Orta sərt üzü müstəqil yaylardan ibarətdir. Yayların hər birinin üzərinə düşən basqı ayrı-ayrılıqda öz funksiyasını yerinə yetirir və bədənin ortopedik şəklini mükəmməl bir şəkildə alır. Əzələlərimizin, sinirlərimizin və onurğamızın qayğısına qalır. Döşəyin bu üzü isə BioLuxe döşəyinin spesifikasiyasında yığılıb.

Sərt üzü isə, sağlamlığında problemi olan və ya olmayan bütün kilolarda  insanlar üçün əlverişlidir. Sağlamlığında problemi olmayanlarda, onurğa xəstəliyini önləmək üçün istifadə etsələr daha faydalıdır. Sərt üzündə bədənin döşəyə olan basqısı daha sərt önlənir, üst qatı isə bədənin şəklini qorumaqla ortopedikliyini saxlayır. Döşəyin bu üzü Deluxe modelinin texnologiyasında yığılıb.

BUTA - Xoşbəxtlik və firavanlıq simvoludur. Xoşbəxtlik an məsələsidir deyirlər, bu xoşbəxtliyi saatlara çevirəcək bir döşəklə insanlarımıza xidmət etməkdən qurur hissi duyuruq.