Golden

İstehsalçı: Royal
Model: Golden
224.00M
Miqdarı: + -
 

Bloku tam doldurmaqla döşəyin ortopedikliyi təmin edilir. Blokun möhkəmliyini və təhlükəsizliyini təmin etmək üçün onun hər bir tərəfi dəmir möhkəmləndiricilər ilə bərkidilir. Döşəyi dörd bir yandan dəstəkləyən dəmir çərçivə və ziqzaqlar çəkinin bərabər paylanmasında mühüm rol oynayır. Blokun hər iki üzünə sərt keçə və 30 mm hündürlüyündə 20 sıxlığında süngər yapışdırılır. Viskos parça, modelə uyğun olaraq 30 mm antibakterial əlyaf, süngər və qoruyucu tüllə sırınaraq dizayn edilmişdir. Döşək hava kapsullarının köməyi ilə yüksək havalandırma xüsusiyyətinə malikdir. Döşək daşınma qulpları ilə təchiz olunmuşdur. Məhsula 48 ay zəmanət verilir.

Golden - Nisbətən sərt ortopedik döşəkdir. Bu döşək sağlamlığında problemi olmayan və kilolu insanlar üçün daha uyğundur. Döşəyin alt qismi bədənin basqısını önləyəcək, üst qatı isə bədənimizin şəklini alaraq onurğanın sabit qalmasını tənzimləyəcək.